Qiuli Alasania və Eduard Saakaşvili Avropa Parlamentindədirlər
Qiuli Alasania və Eduard Saakaşvili Avropa Parlamentindədirlər

 

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin anası və oğlu, Eduard Saakaşvili Brüsseldə, Avropa Parlamentinin binasındadırlar.

Jurnalistlərə açıqladıqlarına görə, onlar bu gün Avropa Parlamentində Gürcüstan, Ukrayna və Moldovaya namizəd statusunun verilməsi ilə əlaqədar keçirilməsi planlaşdırılan debatlara qatılacaqlar.

Onların sözlərinə görə, debatlardan sonra Avropa Parlamentinin üzvləri ilə görüşlər keçirəcəklər. Qiuli Alasania və Eduard Saakaşvilinin də qeyd etdiyi kimi, Gürcüstan məsələsi üzrə çalışan demək olar ki, bütün avropalı parlamentarilər ilə görüşlər planlaşdırılır.