Qiuli Alasania - Mixeil Saakaşvili vətən sevgisinə və vətənpərvərliyə görə cəzalandırılır, gündə bir neçə proses keçirilməlidir və bütün bunlar tez bir zamanda bitməlidir, zaman gözləmir
Hər növbəti ziyarətimdə o, məni daha da ağırlaşmış vəziyyətdə qarşılayır, səhhətini nəzərdə tuturam. Dəhşətli şəkildə zəifləyib, sinir sistemi tamamilə sıradan çıxıb – bu barədə Mixeil Saakaşvilinin anası Qiuli Alasaniya açıqlayıb.
Alasania Mixeil Saakaşvili ilə bağlı dərc olunan rəyi ört-basdır etməyin mümkün olmadığını bildirib.
“Rəyi ört-basdır etmək mümkün deyil, o rəy mövcuddur və realdır. O ki qaldı Samxarauli ekspertizasına, ağır metallarla işləyə bilmədikləri saytlarında yazılıb, bu halda isə məhz ağır metallarla qarşı-qarşıyayıq, bu səbəbdən söhbət belə gedə bilməz. Məni ən çox təəccübləndirən bilirsən nədir? Ömrümün böyük bir hissəsini Sovet İttifaqında, sovet quruluşunda keçirmişəm, hətta o vaxt belə Amerika sevgisi hazırda ölkəmizdəki vətən sevgisinin qadağan olunduğu və insanların cəzalandırıldığı kimi deyildi. Canlı nümunəmiz var, vətən sevgisinə, vətənpərvərliyinə görə cəzasını çəkir. Proseslərə gəlincə, mənə qalsa, gündə bir neçə proses keçirilməlidir və bütün bunlar tez bir zamanda bitməlidir, zaman gözləmir” – Alasania açıqlayıb.