Qiuli Alasania - Mixeil Saakaşvili qidalanmaqdan imtina etmir, qidalana bilmir
Mixeil Saakaşvili qidalanmaqdan imtina etmir, qidalana bilmir, çətinlik çəkir. Qida qəbul edə bilmədiyinin şahidiyəm-bu barədə Mixeil Saakaşvilinin anası Qiuli Alasania açıqlayıb.
Alasania Mixeil Saakaşvilinin reanimasiyaya köçürülməsi ilə bağlı yayılan məlumatın səhv olduğunu bildirib.
“Bu gün reanimasiyaya aparıldığı barədə məlumat yayıldı, bu yalan məlumatdır. Yıxılmasına gəlincə, həqiqətən bir neçə gün əvvəl göyərmişdi. Ayağa qalxmaqda həqiqətən çətinlik çəkir. Sağlam insan da yıxıla bilər. Qidalanmağına gəlincə, qidalanmaqdan imtina etmir, qidalana bilmir, çətinlik çəkir. İstəyinə görə deyil, qida qəbul edə bilmədiyinin şahidiyəm” – deyə Alasania açıqlayıb.
“Vivamed”in klinik direktoru Zurab Çxaidze jurnalistlərə bildirib :”Mixeil Saakaşvili tam şəkildə qidalanmır, o, yalnız istədiyi günlərdə istədiyi yeməyi yeyir, bu o demək deyil ki, yeyə bilmir, ehtimal ki, daha çox qidalanmaq istəmir”.