Qiuli Alasania - hamıdan, hakimiyyətdən, gürcü və beynəlxalq ictimaiyyətdən övladımı xilas etmələrini xahiş edirəm
Proses baş tutanda laqeyd olmayan bütün insanlardan məhkəməyə gəlmələrini və insan həyatının xilası üçün öz mövqelərini dinc şəkildə ifadə etmələrini xahiş edirəm – bu barədə sosial şəbəkədə, Mixeil Saakaşvilinin “Facebook” səhifəsində yayılan Gürcüstanın keçmiş prezidentinin anası Qiuli Alasanianın müraciətində deyilir.
“Gürcü cəmiyyətinə müraciət etmək istəyirəm. Övladım, Gürcüstanın üçüncü prezidenti və Ukrayna Milli İslahatlar Şurasının sədri ölüm ayağındadır. Klinikanın həkimləri ümidsizliyə qapılıblar.
Hamıdan, hakimiyyətdən, gürcü və beynəlxalq ictimaiyyətdən övladımı xilas etmələrini xahiş edirəm. Proses baş tutanda laqeyd olmayan bütün insanlardan məhkəməyə gəlmələrini və heç bir siyasət olmadan insan həyatının xilası üçün öz mövqelərini dinc şəkildə ifadə etmələrini xahiş edirəm.
Həyatımda heç vaxt belə bir çağırışla müraciət etməmişəm, lakin indi çox çətin məqam yetişib və hər kəsin həmrəyliyinə və xeyirxahlığına ümid edirəm”- deyə Qiuli Alasanianın müraciətində deyilir.