Qiuli Alasania ədliyyə nazirinə təqdim edilmiş demarş məktubunda Saakaşvilinin təcili köçürülməyə ehtiyacı olduğunun yazıldığını bildirib
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin anası Qiuli Alasania Avropa İttifaqına üzv 27 ölkə adından Gürcüstanın ədliyyə nazirinə təqdim edilmiş demarş məktubunda Saakaşvilinin təcili köçürülməyə ehtiyacı olduğunun yazıldığını bildirib.
“Bu məktubda dəqiq belə yazılıb, yaxşı, nəyə imza atıblar, necə olduğunu mu soruşublar ? kefini-əhvalını mı soruşublar ? Məhz ağır vəziyyət olduğu, təcili köçürülməyə ehtiyac duyduğu yazılıb. Mən görüşdə iştirak etməmişəm, lakin məktubda nə yazıldığını bilirəm”- deyə Qiuli Alasania jurnalistlərə suala cavab olaraq açıqlayıb.
“Səfirlərlə görüşdə Saakaşvilinin xaricə, üstəlik konkret ölkəyə köçürülməsi ilə bağlı heç bir müzakirə aparılmayıb”-deyə ədliyyə naziri Rati Breqadzenin açıqlamasına Qiuli Alasaniya belə cavab verib: “Onlardan ilk dəfə mi yanlış məlumat eşidirsiniz? Onuda deyirlər ki, sağlamdır, qaçmalıdır, çox yeməlidir, gündə 1500 kalori, lakin necə olduğunu görürük”.
Bundan əlavə, Qiuli Alasania Mixeil Saakaşvili ilə demarş məsələsini müzakirə etmədiyini bildirib.
“Biz bu barədə danışmamışıq, yəqin ki, özü də detalları bilmir, hərçənd 27 ölkənin onu dəstəklədiyini bilir” -deyə Q.Alasania açıqlayıb.
Mixeil Saakaşvilinin səhhətinə gəlincə, Qiuli Alasania onun qızdırması olduğunu qeyd edib.
“Onun qızdırması 38,3-dir, qan təzyiqi yüksəkdir, daha nə deyim, çəkisi 67 kq-dan azdır” – deyə Q. Alasania bildirib.
Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski İsveçin səfiri ilə birlikdə dünən ədliyyə naziri Rati Breqadze ilə görüşüb. Pavel Herçinskinin görüşdən sonra açıqladığı kimi, Avropa İttifaqına üzv 27 ölkə adından Saakaşvili barədə ədliyyə nazirinə demarş təqdim edib.