Qış tətilinizi Gürcüstanda keçirməyiniz üçün beş səbəb - beynəlxalq turizm sərgisi ITB Berlinin rəsmi saytında məqalə dərc olunub
Qış tətilinizi Gürcüstanda keçirməyiniz üçün beş səbəb - beynəlxalq turizm sərgisi ITB Berlinin rəsmi saytında məqalə dərc olunub

 

Qış tətilinizi Gürcüstanda keçirməyiniz üçün beş səbəb – beynəlxalq turizm sərgisi ITB Berlinin rəsmi saytında Gürcüstanın turizm potensialı və qış kurortları haqqında geniş məqalə dərc olunub. Məlumatı Milli Turizm Administrasiyası yayır.

Onların açıqlamasında məqalənin səyahət edənlərə yeni istiqamətlər kəşf etməyə kömək edəcəyi deyilir.

Milli Administrasiyanın məlumatında 2023-cü ildə Gürcüstanın ITB Berlin beynəlxalq turizm sərgisində ev sahibi ölkə kimi təmsil olunacağı bildirilir.

“Marketinq kampaniyası çərçivəsində sərginin rəsmi saytında Gürcüstanın turizm potensialı ilə bağlı növbəti məqalə dərc olunub. “ITB Berlin”-in rəqəmsal platformasında turizm sənayesi və İTB-nin beynəlxalq sərgiləri haqqında ən son məlumatlar təqdim edilib.

Gürcüstanın dağlıq peyzajları onilliklər ərzində macəra həvəskarları üçün cəlbedicidir. Bu qış mövsümü xüsusi olacaq, çünki 2023-cü ildə Bakuriani sərbəst xizək və snoubord üzrə dünya çempionatına ev sahibliyi edəcək. Dünyanın ən böyük idman tədbirlərindən birində iştirak etmək, həmçinin qış idman növlərində gücünüzü sınamaq şansınız var. Gürcüstanın digər dağ kurortları kimi Bakuriani də kifayət qədər məşhurdur. Gürcüstanın kurortlarında sizi möhtəşəm qar və beynəlxalq standartlara uyğun müasir infrastruktur qarşılayacaq” – deyə İTB Gürcüstan haqqında yazır.

Məqalədə Yeni il ənənələri və qonaqpərvərlik təsvir olunur.

“İTB Berlin”in rəsmi internet saytında və çap nəşrində reklam xarakterli məqalələrin və fotoşəkillərin dərci 2023-cü ilin sonuna qədər davam edəcək”- deyə Milli Turizm Administrasiyasının məlumatında deyilir.