Qırmızı Xaçın Beynəlxalq Komitəsi Azərbaycan və Ermənistanı əsir və cəsədlərin mübadiləsi prosesinə başlamasına çağırır
Qırmızı Xaçın Beynəlxalq Komitəsi Azərbaycan və Ermənistanı əsir və cəsədlərin mübadiləsi prosesinə başlamasına çağırır. Təşkilatın bəyanatını “Reuters” agentliyi yayır.
Qırmzı Xaçın bəyanatına görə, bu vaxta qədər tərəflər arasında mübadilə prosesinin başlanılması üçün razılaşma nail olunmayıb.
“Bu vaxta qədər tərəflərlə məsələni intensiv şəkildə müzakirə edirik, lakin bu vaxta qədər bizə mübadiləyə imkan verən razılaşmaya nail olunmayıb”, – Qırmızı Xaçın Beynəlxalq Komitəsinin Avrasiya bölgə direktoru, Martin Şeup Cenevrədə keçirilən brifinqdə bəyan etdi.
“Beləliklə, danışıqlar hər iki tərəflə davam etdirilir və ümid edirik ki, şərtlər təmin olunacaq ki, gələcəkdə bənzər əməliyyatların həyəta keçirilməsinə imkanımız olsun”, – təşkilatın nümayəndəsi qeyd etdi.
Xatırladaq ki, Moskvada keçirilən danışıqlar nəticəsində Ermənistan və Azərbaycan humanitar məqsədlə atəşin dayandırılması barəsində razılaşdılar, lakin tərəflər bir-birlərini razılaşmanın pozulmasında ittiham edirlər.