Qırğızıstan xüsusi xidmət orqanlarının məlumatına görə, çevriliş planı çərçivəsində axtarış aparılıb
Qırğızıstan xüsusi xidmət orqanlarının məlumatına görə, çevriliş planı çərçivəsində axtarış aparılıb

Qırğızıstanda dövlət çevrilişi planı çərçivəsində axtarış aparılıb.

“Deutsche Welle”nin yazdığına görə, aparılan istintaq hərəkətləri nəticəsində “dağıdıcı qruplar”ın üzvlərinə qarşı odlu silah, zirehli geyim və hüquq-mühafizə orqanlarının geyim forması aşkar edilib.

Qırğızıstan xüsusi xidmət orqanlarının yaydığı məlumatda qeyd edildiyi kimi, dağıdıcı qrup kütləvi iğtişaşlar və sabitliyi pozmaqla ölkə hakimiyyətini ələ keçirməyi planlaşdırıb.

Dəstə üzvlərinin evlərinə və avtomobillərinə baxış zamanı 50 odlu silah və 255 döyüş sursatı aşkar edilərək götürülüb.

Bundan başqa, bir sıra vətəndaşların şəxsi sənədləri, o cümlədən deputatlardan birinin hərbi bileti aşkar edilib.

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin məlumatına görə, dövlət çevrilişi avqustun 31-də planlaşdırılıb.