Qiorqi Xocevanişvili - iradlarımız hakim komanda üçün qəbuledilməzdir, ola bilsin üzdən dəyişikliklər edilsin və 12 bəndlik tövsiyələr nəzərə alınmasın
Ümumilikdə, sonda ola bilsin üzdən dəyişikliklər edilsin və 12 bəndlik tövsiyələrdə nəzərdə tutulanlar diqqətə alınmasın – “Gürcüstan Naminə” partiyasının üzvü Qiorqi Xocevanişvili bu barədə parlamentdə seçki islahatı üzrə işçi qrupun iclası ilə bağlı bildirib.
“İradlarımızı işçi qrup çərçivəsində təqdim etmişik və aydındır ki, bu hakim komanda üçün məqbul deyil. Ümumilikdə, sonda ola bilsin üzdən dəyişikliklər edilsin və 12 bəndlik tövsiyələrdə nəzərdə tutulanlar diqqətə alınmasın. Komissiya üzvlərinin təyin edilməsi, pulsuz efir vaxtının olması kimi bir neçə vacib məsələ var” – deyə Qiorqi Xocevanişvili bildirib.
O , həmçinin elektron sistemlə səsvermə məsələlərinin olduqca vacib olduğunu bildirib.
“Bizim mövqeyimiz ondan ibarətdir ki, elektron sistem bir tək pilot rayonlarda və ölkə daxilində tətbiq olunmamalı, mühacirətdə olan vətəndaşlarımıza seçkilərdə iştirak imkanı verən sistem olmalıdır. Çox adam gedib və dövlət onların seçkilərdə iştirakını təmin etməlidir. Bu məsələlər ətrafında hələ də qeyri-müəyyənlik var və hakim komandanın hansı mövqedən çıxış edəcəyi və səsverməyə hansı qanunlayihəni təqdim edəcəyi məlum deyil” – deyə Qiorqi Xocevanişvili bildirib.