Qiorqi Vaşadze - Söz verirəm, Gürcüstana çoxlu investisiyalar daxil olacaq, maksimum dörd ilə işsizliyi məğlub edəcəyik
Arxamda “Microsoft”un ofisi var və biz Amerikanın böyük şirkətlərinin nümayəndələri ilə görüşürük. Məqsəd nədir? Gürcüstana Amerika və Avropa investisiyalarının qoyulmasını istəyirik-bu haqda “Quruculuq Strategiyası”nın sədri Qiorqi Vaşadze ABŞ-da “Microsoft”a səfəri zamanı açıqlayıb.
“Qələbə Koalisiyasının” liderlərindən biri Qiorqi Vaşadze, görüşdə müzakirə edilmiş əsas məsələlərin Gürcüstana böyük Amerika investisiyalarının cəlb edilməsi məsələsinin olduğunu bildirib.
“Arxamda “Microsoft”un ofisi var və biz Amerikanın böyük şirkətlərinin nümayəndələri ilə görüşürük. Məqsəd nədir? Gürcüstana Amerika və Avropa investisiyalarının qoyulmasını istəyirik. Rusiya sanksiyalar altındadır, Gürcüstanın orada bağlanmış şirkətləri gətirmək və yüksək maaşlı iş yerləri yaratmaq şansı var. Gürcüstan hökuməti bununla məşğul olmalıdır və bu səbəbdən biz qalib gəlmək, ölkədə mövcud olan ədalətsizliyi dəyişmək, sürətli iqtisadi inkişafa başlamaq istəyirik və söz veririk ki, Amerika və Avropadan çoxlu investisiyalar daxil olacaq. Onlarla birlikdə maksimum dörd il ərzində Gürcüstanda bir nömrəli problem kimi işsizliyi tamamilə məğlub edəcəyik. Bunun üçün hakimiyyətdə savadlı və vətənpərvər insanların olması lazımdır və bunun üçün hamımız bir yerdə olmalıyıq”- Vaşadze açıqlayıb.
Məlumatı “Quruculuq Strategiyası”nın mətbuat xidməti yayır.