Qiorqi Vaşadze "Quruculuq Strategiyası"nın parlamenti tərk etməyə hazır olduğunu bildirib
Qiorqi Vaşadze "Quruculuq Strategiyası"nın parlamenti tərk etməyə hazır olduğunu bildirib

 

“Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadze “Quruculuq Strategiyası”nın parlamenti tərk etməyə hazır olduğunu bildirib.

Vaşadze sözügedən ssenarinin partiyada müzakirə olunduğunu bildirib, çünki onun təbirincə “rusiyapərəstlərlə eyni mühitdə olmaq dözülməzdir”.

“Mənim düşüncəm odur ki, biz daxildən və bütün vasitələrlə parlamenti tərk etməyə hazırıq. Bu ssenarini nəzərdən keçirəcəyik. Bu rusiyapərəstlərlə eyni mühitdə olmaq mənim üçün dözülməzdir. Yalnız 12 bəndlə bağlı nəsə məsələ gördüyüm yerdə olacağam. Konstitusiya dəyişikliklərinə mənim səsim lazım idi, daxil oldum və səs verdim. Kobaxidze və başqaları ilə, rusiyapərəstlərlə gündəlik işləmək fikrində deyiləm. Mən bunu açıq deyirəm. Bu, bizim xəttimizdir və biz bu xətti izləyəcəyik. Parlamenti tərk etməyə gəlincə, bir daha deyirəm, biz “Quruculuq Strategiyası” parlamenti tərk etməyə hazırıq. İkinci vacib məsələ, bunun nə vaxt baş verməsidir və üçüncüsü, Qərb tərəfdaşlarımızda vəziyyəti hazırlamaq lazımdır. Biz onlara nə baş verdiyini əvvəlcədən yaxşı başa salmalıyıq, lakin əsas odur ki, bu erkən və tələsik olmasın, ancaq cəmiyyət “Gürcü Arzusu”ndan heç nə çıxmayacağına, onun rusiyapərəst qüvvə olduğuna, namizəd statusunun onlarla birlikdə olmayacağı ilə razılaşanda bu baş verəcək. Bu vəziyyət yarananda, bizim addımımız da buna paralel olacaq. Gözləyin, planımızda çox şey var” -deyə Qiorqi Vaşadze “Palitranius”un “Siyasi məkan” verilişində bildirib.