Qiorqi Vaşadze - prezidentin impiçment proseduru Gürcüstanın namizəd statusu ala bilməməsi, avrointeqrasiya yolundan kənara çıxması üçün birbaşa sabotajdır
Prezidentin impiçment proseduru Gürcüstanın namizəd statusu ala bilməməsi üçün birbaşa sabotajdır-bu barədə “Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadze bildirib.
O, bu addımın Gürcüstanın Avropaya inteqrasiya yoluna zidd olduğunu bildirib.
“Nə qədər səbəb axtarsaq da, ölkəmizi sevənlər, Gürcüstanın Avropaya inteqrasiyasını istəyənlər bunun səbəbini izah edə bilmirik. Bu addımın Gürcüstanın Avropaya inteqrasiya yoluna zidd olduğu aydındır. Gürcüstanın namizəd statusu ala bilməməsi, Avrointeqrasiya yolundan kənara çıxması, suverenliyimizin Rusiyaya təslim edilməsi üçün Rusiya ilə təkbətək qalması birbaşa sabotajdır. Prezidentin impiçmentinin bütün məzmunu budur. Özləri də yaxşı bilirlər ki, impiçment keçməyəcək, başdan-ayağa başladıqları prosesin “saxta” olduğunu bəri başdan etiraf ediblər. Bütün bunlar Avropa İttifaqına inteqrasiyanı sabotaj etmək üçün uydurulub” – Q.Vaşadze bildirib.