Qiorqi Vaşadze Levan Xabeişvilini əlil arabası ilə parlamentə aparıb
Qiorqi Vaşadze Levan Xabeişvilini əlil arabası ilə parlamentə aparıb

“Milli Hərəkat”ın sədri Levan Xabeişvilini parlamentə “Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadze aparıb.

“Əgər kimsə dişimizi itirəcəyimizə və ya gözümüzü aça bilməyəcəyimizə görə gülümsəməyəcəyimizi düşünürsə, çox yanılır. Biz gülümsəyəcəyik, çünki Gürcüstan qalib gələcək”, – deyə Xabeişvili parlamentdə qeyd edib.

Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze bu gün keçirdiyi brifinqdə bildirib ki, “Levan Xabeişvili polisin fəaliyyətinə mane olmaq məqsədilə polis kordonuna daxil olub, onlara müqavimət göstərdiyi vaxt xəsarət alıb”.