Qiorqi Vaşadze - Levan İoselianiyə dəstək verməyəcəyik, xalq müdafiəçisi siyasətçi ola bilməz
Levan İoselianiyə dəstək verməyəcəyik. Biz vətəndaş sektoru tərəfindən təqdim edilən namizədləri dəstəkləyəcəyik-bu barədə “Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadze açıqlayıb.
O, xalq müdafiəçisinin siyasətçi olmaması gərəkdiyini bildirib.
“Gürcü Arzusu”nun siyasi namizədlərinə ehtiyacımız yoxdur və müxalifətin siyasi namizədləri bizə uyğun gəlir deyə ikili standart altında deyilik. Xalq müdafiəçisi siyasi olmamalıdır, qərəzsiz olmalıdır. Bundan irəli gələrək, biz vətəndaş sektorunun xalq müdafiəçisi vəzifəsinə təqdim etdiyi namizədləri dəstəkləyəcəyik. Eyni ssenarinin təkrarıdır, əvvəlcə İaqo idi, indi Levan, sonra bəlkə də başqası olacaq. Xalq müdafiəçisi siyasətçi ola bilməz. Siyasətdən uzaq insan olmalıdır. Ümid edirəm ki, bu, ciddi bəyanat deyil, zarafat idi” -deyə Qiorqi Vaşadze açıqlayıb.
Levan İoseliani “Vətəndaşlar” partiyasının xalq müdafiəçiliyinə namizədi olacaq.