Qiorqi Vaşadze – Hökumətin Mixeil Saakaşvilini mülki klinikaya köçürmək qərarı həqiqətən ağlabatandır

17:31, 19.11.2021

Hökumətin Mixeil Saakaşvilini mülki klinikaya köçürmək qərarı həqiqətən ağlabatandır, – bu barədə sosial şəbəkədə “Strategiya Qurucusu”nun lideri Qiorqi Vaşadze yazır.

O, ədliyyə nazirinin Mixeil Saakaşvilinin Müdafiə Nazirliyinin Qiorqi Abramişvili adına Hərbi Hospitalına köçürülməsi ilə bağlı təklifinə cavab verib.

“Biz ilk növbədə insanların həyatını və sağlamlığını xilas edəcəyik, ikincisi, ölkədə vətəndaş qarşıdurması təhlükəsinin qarşısını alacağıq”.

Digər məsələlərə gəlincə, bu, ümumxalq mübarizəsidir, onun nəticələri bizim çalışqanlığımızdan və fəallığımızdan asılıdır və inanıram ki, bu, mütləq Gürcüstanın və gürcü xalqının qələbəsi ilə başa çatacaq!” – Qiorqi Vaşadze yazır.

Oxşar