Qiorqi Vaşadze - elə bir sektor olmayacaq ki, biz böyük transformasiyaya başlamayaq, Avropa İttifaqına tam üzvlük hökumət dəyişikliyindən keçir
“Milli Hərəkatdakı” böhran aradan qaldırıldı, biz indi aktiv iş mərhələsinə qədəm qoyduq və siz görəcəksiniz ki, bizim dəstəyimiz hər gün artacaq, çünki biz xalq üçün yaxşı bir iş görmək istəyirik,” – Bu barədə “Strategiya Ağmaşenebeli” lideri Qiorqi Vaşadze bəyan edib.
Vaşadzenin sözlərinə görə, qapı, özünü yeni koalisiya mexanizmində görən hər kəsin üzünə açıqdır.
“Hesab edirəm ki, Mixail Saakaşvilinin bu azadlıq hərəkatında fəal rolu olmalıdır, mən bunu Gürcüstanın rus agentlərindən, Partsxaladzelərdən və başqalarından azad edilməsi deyə adlandırardım. Bütün məzmun budur və gözləyək, aktiv fəaliyyətləri mütləq görəcəyik. Dekabrda namizəd statusunun alınması prosesi necə başa çatsa da, biz “Gürcü arzusu” ilə birlikdə Avropa Birliyinə tamhüquqlu üzv ola bilməyəcəyik və Gürcüstana lazım olan yaxşı şeyləri gətirə bilməyəcəyik. Ona görə də biz hökumətin dəyişdirilməsi vəzifəsini öz milli vəzifəmiz hesab etməliyik ki, Gürcüstan sürətli inkişafa başlasın, Gürcüstana Avropa həyat səviyyəsi, firavanlıq, sülh gətirsin. Bizim həqiqətən də gerilik simvoluna çevrilmiş, Rusiyaya göbəklə bağlanmış İvanişvili- “Gürcü arzusu” rejiminin dəyişməsinə ehtiyacımız var. Başqa yol yoxdur. Təqaüdçünün də layiqli pensiyası olacaq, gənc inkişaf etmək imkanı qazanacaq, işsiz adam iş tapacaq, bilik əldə etmək istəyənə ən yüksək səviyyədə təhsil veriləcək. Elə bir sektor olmayacaq ki, orada böyük bir transformasiyaya başlamayaq. Bu, bizim əsas vəzifəmizdir və son olaraq Avropa İttifaqına tamhüquqlu üzvlük məhz hakimiyyət dəyişikliyindən keçir”, – Vaşadze bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev