Qiorqi Vaşadze - dünən də dedim Saakaşviliyi ziyarətə icazə verilməyəndə bu ssenari Zviad Qamsaxurdianın qətli ssenarisinə çox bənzəyir
Mixeil Saakaşvilinin gülləsiz öldürülməsi əslində İrakli Ğaribaşvilinin bəyanatının məzmunudur-bu barədə “Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadze açıqlayıb.
O, sözügedən bəyanatı Saakaşvili ilə bağlı ümumi fəaliyyət planının müzakirəsi üçün iclasın keçirildiyi “Milli Hərəkat”ın ofisində verib.
“Dünən, saat 12:00-da Mixeil Saakaşvilini ziyarət etməyimə icazə verilməyəndə bəyanat vermişdim. Dəqiq belə dedim, bu ssenari Zviad Qamsaxurdianın qətli ssenarisinə çox bənzəyir. Bu gün gülləni belə kimin atdığını bilmirik. Bu halda bütün bunların nəticələnəcəyi yer Mixeil Saakaşvilinin həyatını gülləsiz almaqdır. Bu, əslində Ğaribaşvilinin bəyanatının məzmunudur”- deyə Qiorqi Vaşadze açıqlayıb.