Qiorqi Vaşadze - Çıxış yolu var, biz bu il böyük qələbəni birliyimizlə qeyd etməliyik
Qiorqi Vaşadze - Çıxış yolu var, biz bu il böyük qələbəni birliyimizlə qeyd etməliyik

 
İvanişvili Ğaribaşvilini Kobaxidze ilə əvəzləməklə bir daha sübut etdi ki, o, reallıqdan, xalqın problemlərindən tamamilə uzaqdır-bu barədə “Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadze açıqlayıb.

Vaşadze bildirib ki, müxalifət bu il böyük qələbəni qeyd etməlidir.

“Bu gün insanlar işsizlikdən, qiymət artımından, fəlakətli miqrasiyadan əziyyət çəkirlər və indiki zamanda iqtisadiyyatdan heç nə bilməyən, yalnız şəxsi maraqlarını qoruyan və Gürcüstanın Avropaya inteqrasiya yoluna daha effektiv mane olacaq insanı baş nazir təyin edirlər. Çıxış yolu var. Bu il birliyimizlə böyük qələbəni qeyd etməliyik. Biz Amerika və Avropa investisiyalarını cəlb etməliyik, layiqli və yüksək maaşlı iş yerləri yaratmalıyıq və ən əsası Avropa İttifaqının tamhüquqlu üzvü olmalıyıq. Mən buna inanıram və biz bunu mütləq edəcəyik. Güc birlikdədir” – deyə Vaşadze açıqlayıb.

Xatırladaq ki, Hökumət Administrasiyasında bu gün keçirilən brifinqdə İrakli Ğaribaşvili Gürcüstanın Baş naziri vəzifəsindən istefa verdiyini açıqlayıb. O bildirib ki, siyasi şuradan partiyanın sədrliyi ilə bağlı təklif alıb və bununla bağlı fevralın 1-də qurultay keçiriləcək.

Bununla yanaşı, bu gün “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze təsdiqləyib ki, baş nazir postuna İrakli Kobaxidzenin namizədliyi müzakirə olunur.