Qiorqi Vaşadze - bilirsinizmi ki, işi görən bizik, Saakaşvilinin iş və işə istiqamətlənmə ideyası bizdə olacaq ideyadır, Mişanı da azad edəcəyik
Mixail Saakaşvilinin iş və işə istiqamətlənmə ideyası bizdə olacaq ideyadır, – “Strategiya Ağmaşenebeli” lideri Qioqri Vaşadze “Qələbə Platformasının” təşkil etdiyi pensiya forumunda çıxışı zamanı deyib.
Qioqri Vaşadzenin qeyd etdiyinə əsasən, “bizim vəzifəmiz təqaüdə çıxmış şəxsin ləyaqətli qocalığının, gəncin isə işinin olmasını təmin etməkdir”.
“Son nəticədə məqsədimiz gürcü təqaüdçünü avropalı pensiyaçıya bir az da yaxınlaşdırmaqdır. Oxşar yaşayış şəraitinin olması və biz buna mütləq nail olacağıq. Gürcüstan hökuməti bu həftə büdcəni parlamentə təqdim edib və bildirib ki, Gürcüstanın gəlirləri artıbdır, büdcəyə nəzərdə tutulandan çox pul daxil olub. Bu pul böyük tor şəklində paylanır, yenə pul qazanmaq üçün ayrılır. Ən azı bir dəfə istisna edin – pensiya kreditinin əsas məbləğini bütün pensiyaçılara ödəyin, beləliklə, bu kreditləri ləğv edin. Bunun üçün lazım olan pul artıq büdcəyə daxil olub”, – Vaşadze bildirib.
Onun sözlərinə görə, birdəfəlik aktla daha çox problemlə üzləşənlərə köməklik göstəriləcək.
“Əgər iqtidar bunu büdcəyə qoyursa, biz müxalifət onu dəstəkləməyə hazırıq, bunnan sonra nə istəsələr büdcəyə daxil etsinlər. Bu dəfə xalqa göstərək ki, iqtidar, müxalifət, hakimiyyət xalq üçündür, onun haqqını ödəyək ki, gələn ay bu adamlar tam pensiya alsın. 295 lari nədir, nə pensiyadır.
Dünən baş nazir çıxıb dedi ki, yaşı 70-dən yuxarı olanlara 50 lari, qalanlara isə 20 lari əlavə olunacaq. Bu nə qanundur, 60-65 yaşlı adam başqa cür pensiyaçı, 70 yaşlı başqa cür pensiyaçıdır? Təşəkkürlər yüksək dağlıqda yaşayanlara, amma başa düşmürəm ki, şəhərdə yaşayanlar fərqli pensiyaçılar, dağlıq ərazidə yaşayanlar fərqlidir? Hər kəs yüksək pensiya almalıdır. Qanun nədir, kişi 65, qadın 60 yaşından pensiya alır, qadının ömrü isə daha uzun olur. Pensiya yaşını bərabərləşdirək ki, hətta kişilər də 60 yaşından pensiya ala bilsin. Ğaribaşvili bunu nəzərə almasa, dayanmayacağıq, bütün Gürcüstanı dolanacağıq, hamımız birlikdə pensiya kreditinin faizlərinin azaldılmasını, pensiya yaşının 65-dən 60-a endirilməsini və pensiyaların artırılmasını sistemli şəkildə tələb edəcəyik. Biz seçkilərdə qalib gələn kimi ilk növbədə pensiya kreditləri ödəniləcək. Bilirsiniz ki, biz hər şeyi edən insanlarıq. Mixail Saakaşvilinin ideyası, işi və işə istiqaməti bizdə olacaq ideyadır. Biz də Mişanı azad edəcəyik və hamımız birlikdə qalib gələcəyik. Sizinlə böyük qələbə qazanacağıq”, – deyə Vaşadze bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev