Qiorqi Vaşadze - açıq şəkildə "Milli Hərəkat"a deyirəm, Saakaşvilini xilas etmək üçün qərargah yaradın, beynəlxalq miqyasda və ölkə daxilində birliyimizi göstərmək vacibdir
Qiorqi Vaşadze - açıq şəkildə "Milli Hərəkat"a deyirəm, Saakaşvilini xilas etmək üçün qərargah yaradın, beynəlxalq miqyasda və ölkə daxilində birliyimizi göstərmək vacibdir

 

Açıq şəkildə “Milli Hərəkat”a deyirəm, Mixeil Saakaşvilini xilas etmək üçün qərargah yaradın, ora konkret addımlar atacaq insanlar qoşulsun-bu barədə “Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadze açıqlayıb.

Vaşadzenin qeyd etdiyi kimi, ölkə daxilində və beynəlxalq səviyyədə birlik nümayiş etdirmək, “Gürcü Arzusu”nun yaydığı dezinformasiyaya qarşı mübarizə aparmaq vacibdir.

“Bizə ölkə daxilində böyük birlik lazımdır. “Milli Hərəkat”ın həlledici rolu olduğunu açıq və birmənalı şəkildə deyirəm. Fikrimcə onları dinləməyimiz və bu məsələ ilə bağlı nəyi etməyi planlaşdırdıqlarını bizə demələri vacibdir.

Açıq şəkildə “Milli Hərəkata” deyirəm, Mixeil Saakaşvilini xilas etmək üçün qərargah yaradın, ora konkret addımlar atacaq insanlar qoşulsun. Biz nəyi gözləyirik, onlar nəyi gözləyirlər, niyə bu təşəbbüslər yoxdur? Bunun baş verməsi zəruridir. İnsanlar yorulub, daha eşitmək istəmirlər – bunu edəcəyik, onu edəcəyik, belə edəcəyik, düşünəcəyik. Xeyr, hərəkət etmək lazımdır. Söhbət təkcə etirazdan getmir, həm də beynəlxalq miqyasda və ölkə daxilində birliyimizi göstərmək, “Gürcü Arzusu”nun yaydığı dezinformasiyaya qarşı mübarizə aparmaq çox vacibdir” -deyə Vaşadze açıqlayıb.