Qiorqi Vaşadze - 3 iyul aksiyasında iştirak edən insanlarda müəyyən məyusluğun olduğunu başa düşürəm, ümidinizi qırmayın, müxalif həmkarlar ilə birlikdə fəaliyyət planı üzərində intensiv şəkildə işləyirik
Qiorqi Vaşadze - 3 iyul aksiyasında iştirak edən insanlarda müəyyən məyusluğun olduğunu başa düşürəm, ümidinizi qırmayın, müxalif həmkarlar ilə birlikdə fəaliyyət planı üzərində intensiv şəkildə işləyirik

 

“Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadze 3 iyul aksiyasında iştirak edən vətəndaşlara müraciət edərək, qələbə ümidini itirməməyə çağırır.

O, “Quruculuq Strategiyası”nın müxalif həmkarlar ilə birlikdə yaxın gələcəkdə təqdim edəcəkləri ümumi fəaliyyət planının tərtib edilməsi üçün intensiv işlədiyini bildirir.

“Gələcək mübarizə yoluna gəlincə, 3 iyul aksiyasında iştirak edən insanlarda müəyyən məyusluğun olduğunu başa düşürəm. Sözün açığı, bu insanlar oliqarxik rejimin hakimiyyətdən uzaqlaşdırılması prosesinə başlamaq üçün gəlmişdilər, lakin hamıdan xahiş edirəm, ümidinizi qırmayın, çünki qalib gələcəyimizə olan inamımız və “FSB”nin mesajları ilə danışan insanlardan daha çox olmağımız qələbə çalacağımızın zəmanətidir. “Gürcü Arzusu”nun şəriki və bələdçisi olacaq yeganə şey bizdə olan inamın qırılmasıdır. Bundan irəli gələrək, biz “Quruculuq Strategiyası” digər müxalif həmkarlarımız ilə birlikdə ümumi fəaliyyət planının tərtib edilməsi üçün intensiv şəkildə işləyirik. Yaxın gələcəkdə bunu həqiqətən təqdim edəcəyik. Sadəcə bir şeyə əminik, dekabrda Gürcüstan namizəd statusu alacaq və Avropa perspektivi uğrunda səmimi şəkildə mübarizə aparan əhalinin 90%-i bunun zəmanətidir” – deyə Qiorqi Vaşadze bildirib.