Qiorqi Şarvaşidze TDU-nun elmi şurasına rektorluqdan istefa xahişi ilə müraciət edib
İvane Cavaxişvili adına Dövlət Universitetinin rektoru Qiorqi Şarvaşidze TDU-nun elmi şurasına rektorluqdan istefa xahişi ilə müraciət edib. Bu barədə Şarvaşidze sosial şəbəkədə yazır.
“Bu gün rektorluqdan istefa ilə əlaqədar elmi şuraya müraciət etdim. Qərarı uzun müddət əvvəl vermişəm, bu barədə universitet ictimaiyyəti məlumatlandırılmışdı. Avropa Universitetləri Assosiasiyası tərəfindən universitetimizin institusional qiymətləndirilməsinin nəticələri və digər mühüm yeniliklər məlum olduqdan sonra qərarımı şuraya açıqladım.
Mən universitetimizin bu gün getdiyi Avropa inkişaf yolu ilə bundan sonra da ləyaqətlə irəliləyəcəyinə dərindən inanıram .
Və sonda, 300.000 məzundan biri olduğuma və uzun illər regionda birinci universitetə rəhbərlik etdiyimə görə şadam. Bir dəfə universitetli olan, hər zaman universitetlidir. Gələcək fəaliyyətim beynəlxalq əlaqələrlə bağlı olsa da, mən universitetin professoru və böyük fanatı olaraq qalıram” – deyə Şarvaşidze yazır.
Bununla yanaşı, Şervaşidze son 7 ildə Tbilisi Dövlət Universitetində çox böyük işlər görüldüyünü bildirib.
“Biz bacardıq və bu gün TDU Avropa Universitetlər Birliyinin (AUA) institusional qiymətləndirməsinə malikdir; Tələbələrin sayı xeyli artıb və nəticədə TDU hələ də regionun ən böyük universitetidir. Universitetlərin maliyyələşmə üsulu dəyişməsə də, universitetin maliyyələşdirilməsini 50% artırdıq; Regionumuzda ilk dəfə olaraq, məhz Gürcüstanda və konkret olaraq TDU-da Avropa Akademiyasının (AE) və EPLO-nun regional mərkəzləri açılmışdır; Gürcüstan Avropada üçüncü, dünyada isə Amerika Kimyaçılar Cəmiyyətinin tam təmsilçiliyinə malik 24-cü ölkə oldu; Tbilisi Dövlət Universiteti ən yaxşı universitetlərin 1,5%-nə daxildir və bir çox proqramlar beynəlxalq akkreditasiyadan keçib (ABET, FIBAA); Xarici dil, birgə və ikili diplom proqramlarının sayı artır; İmkan daxilində akademik və inzibati heyətin maaşları artırıldı; İnfrastruktur layihələrinin siyahısı ikinci korpusun bərpasından başlayaraq, bir çox digər elm və təhsil infrastrukturlarının bərpasına qədər heyranedicidir. Mən bütün bunları birlikdə bacardığımıza görə qürur duyuram. Bir daha universitetin professor-müəllim heyətinə, rəhbərliyinə, tələbələrinə və universitetimizin bütün sevərlərinə dərin təşəkkürümü bildirirəm. Biz bu uğurlu addımları məhz birlikdə atmağa müvəffəq olduq, lakin hələ görüləsi və təkmilləşdirilməsi lazım olan çox şey var” – deyə Şarvaşidze yazır.
Q. Şarvaşidze “Əlamətdarlıq” ordeni almasından da danışır.
“Gürcüstan hökumətinin təqdimatında Gürcüstan prezidenti tərəfindən mənə verilən “Əlamətdarlıq” ordenini almaq mənim üçün böyük şərəfdir. Mən xoşbəxtəm və qürur duyuram, çünki bu, şəxsi mükafat deyil, bu mükafat bizim professorlarımıza, tələbələrimizə, alimlərimizə məxsusdur”- deyə Şarvaşidze yazır.