Qiorqi Şarvaşidze - Ermənistan və Azərbaycan arasında sülh danışıqları bütün səviyyələrdə davam edir, İrakli Ğaribaşvilinin sülh siyasətinə hər iki ölkədə müsbət münasibət var
Ermənistan və Azərbaycan arasında sülh danışıqları bütün səviyyələrdə davam edir, İrakli Ğaribaşvilinin sülh siyasətinə hər iki ölkədə müsbət münasibət var və bu formatda iş gedir -bu barədə Gürcüstanın Ermənistandakı səfiri Qiorqi Şarvaşidze açıqlayıb.
Şarvaşidze ümid edir ki, 2024-cü ildə onlar sülh sazişinə yaxınlaşacaqlar.
“Sülh danışıqları bütün səviyyələrdə olub və davam edir. İki gün əvvəl Əliyevlə Paşinyan Sankt-Peterburqda görüşüblər. Bütün səviyyələrdə danışıqlar olduqda bu, müsbət mesajdır. Konkret olaraq Gürcüstanın roluna gəlincə, bu, ilk növbədə baş nazirin sülhsevər qonşuluq siyasəti ilə bağlıdır və hər iki ölkədə müsbət münasibət var. Bu formatda iş gedir. Artıq bir neçə görüş keçirilib və əminəm ki, görüşlər davam edəcək. Ümid edirəm ki, biz 2024-cü ildə sülh sazişinə çox yaxınlaşacağıq” – Qiorqi Şarvaşidze açıqlayıb.