Qiorqi Qaxaria parlamentdə illik məruzəylə yaz sessiyasında çıxış edəsi olacaq
Qiorqi Qaxaria parlamentdə illik məruzəylə yaz sessiyasında çıxış edəsi olacaq

Baş nazirin parlament üçün illik məruzə təqdim etməsi parlamentin nizamnaməsi ilə nəzərdə tutulub.

 

Nizamnamədə qeyd olunub ki, Gürcüstanın Baş naziri ildə bir dəfə, yaz sessiyasının plenar iclaslarının son ayında hökumət proqramının icrasının gedişatı  barədə parlamentdə məruzə ilə çıxış etməlidir.Sözü gedən məruzə isə, yazılı formatda iyun ayının birinədək parlamentə təqdim olunmalıdır.

 

Sənədin müzakirə edilməsi proseduruna gəlincə isə,nizamnaməyə əsasən,Gürcüstanın Baş nazirinin  məruzəsinin  dəqiq  təqdim edilmə  tarixini  parlamentin bürosu Baş nazirlə razılaşma əsasında təyin edir.

 

 

Baş nazir tərəfindən qanunverici orqan üçün hesabatın  təqdim edilməsi yeni nizamnamə ilə nəzərdə tutulub.Ötən il,illik məruzəni parlamentə Gürcüstanın sabiq Baş naziri,Mamuka Baxtadze təqdim edib,lakin  qurum tərəfindən hesabatın müzakirəsi baş tutmayıb ,səbəb olaraq isə qanunverici orqanın, 20 iyun hadisələri səbəbi ilə fəaliyyətinin  müvəqqəti olaraq dayandırılması göstərilib.

 

 

 

Hazırladı-Sevinc Mustafayeva