Qiorqi Msxiladze - güzəştli qərarın MSK ilə bağlı birpartiyalı qərardan daha pis ola biləcəyinə dair bir dənə də olsun arqument eşidə bilmədik
Parlament, təəssüf ki, Mərkəzi Seçki Komissiyasının sədri və onun qeyri-peşəkar üzvlərinin seçilməsi ilə bağlı prezidentin əsaslandırılmış iradları ilə razılaşmadı- bu barədə prezidentin parlament katibi Qiorqi Msxiladze açıqlayıb.
O bildirib ki, sözügedən dəyişikliklərlə güzəştli variant təklif edilib, səslərin sayı üçdə iki deyil, beşdə üçə çatıb ki, bunun da Gürcüstan parlamentində artıq presedenti olub.
“Sözügedən dəyişikliyin qəbul edilməməsi gərəkdiyinə dair həm Venesiya Komissiyasının rəyi, həm də Avropa Komissiyası aralıq hesabatının olmasına baxmayaraq, güzəştli qərarın MSK ilə bağlı birpartiyalı qərardan və Mərkəzi Seçki Komissiyasının sədrinin təyinatından daha pis ola biləcəyi ilə bağlı heç bir arqument və ya inandırıcı izahat eşidə bilmədik. Bu, Gürcüstanı Avropa İttifaqına yaxınlaşdıran 12 tövsiyənin həyata keçirilməsində maneə ola bilərdi” -deyə Qiorqi Msxiladze açıqlayıb.
Parlament “Seçki Məcəlləsi”nə dəyişikliklərə prezidentin qoyduğu vetonu aşıb.