Qiorqi Msxiladze - daxili və xarici təhlükələri qiymətləndirmək, bu məlumatı ölkənin ali baş komandanı və rəhbərliyinə çatdırmaq Təhlükəsizlik Şurasının vəzifəsidir
Qiorqi Msxiladze - daxili və xarici təhlükələri qiymətləndirmək, bu məlumatı ölkənin ali baş komandanı və rəhbərliyinə çatdırmaq Təhlükəsizlik Şurasının vəzifəsidir

 

Konstitusiyanın həmmüəllifi prezidentin dövlət başçısı olduğunu bilməlidir. O, ölkənin birliyinin və milli müstəqilliyinin təminatçısıdır, xarici əlaqələrdə dövləti təmsil edir və ölkənin ali baş komandanıdır-bu barədə prezidentin parlament katibi Qiorqi Msxiladze açıqlayıb.

“Prezidentin konkret səlahiyyətləri var və ən azı beşinci ildə başa düşməlidir ki, bu, parlament respublikasıdır, qərarların qəbuluna hökumət cavabdehdir”-deyə İrakli Kobaxidzenin Təhlükəsizlik Şurası ilə bağlı bəyanatına Msxiladze münasibət bildirib.

Qiorqi Msxiladze daxili və xarici təhlükələri qiymətləndirmək, bu məlumatı ölkənin ali baş komandanı və rəhbərliyinə çatdırmağın Təhlükəsizlik Şurasının vəzifəsi olduğunu bildirib.

“Mən parlament çoxluğunun liderinin konstitusiya və prezidentin vəzifələri ilə bağlı dünən verdiyi açıqlamaya münasibət bildirmək istərdim. Fikrimcə, əhali məqsədyönlü şəkildə səhvə sürüklənir, çünki bu konstitusiyanın həmmüəllifi prezidentin dövlət başçısı olduğunu bilməlidir. O, ölkənin birliyinin və milli müstəqilliyinin təminatçısıdır. Xarici əlaqələrdə dövləti təmsil edir və ölkənin ali baş komandanıdır. Təhlükəsizlik Şurasına gəlincə, daxili və xarici təhdidləri qiymətləndirmək və yuxarıda qeyd olunan məlumatları analitik formada ölkənin Ali Baş Komandanına və ölkə rəhbərliyinə təqdim etmək Təhlükəsizlik Şurasının vəzifəsidir”-deyə Qiorqi Msxiladze açıqlayıb.