Msxiladzenin bildirdiyinə görə, prezident administrasiyası diplomatik korpusa, beynəlxalq dosltuğa, beynəlxalq təşkilatlara, ATƏT/DTİB-ə müraciət edərək, qeyd olunan məsələyə lazımi reaksiya verməyə çağırır.
“Birincisi, sizin bu özbaşınalığa haqqınız yoxdur; ikincisi – bu, hakimiyyət bölgüsü prinsipinin pozulmasıdır; Üçüncüsü, bu, məhkəmənin klan idarəçiliyinin daha bir sübutudur ki, onun üçün Ali Ədliyyə Şurasında bir fərqli rəy belə qəbul edilə bilməz.
Bu, prezidentin konstitusiya səlahiyyətinə görünməmiş müdaxilədir, Gürcüstanın konstitusiya quruluşu üçün qəbuledilməzdir. Bu gün eşidilməmiş hadisələr baş verir. Bu, artıq bütün ölkə üçün faciədir. Hər kəs bilməlidir ki, heç kimin demokratik yolla xalqın seçdiyi dövlət başçısını konstitusiyanın ona verdiyi səlahiyyətlərdən məhrum etməyə haqqı yoxdur.
Biz ictimaiyyətə, diplomatik korpusa, beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara, təmsilçiləri Ədliyyə Ali Şurasına namizədin seçilməsi prosesini müşahidə edən ATƏT/DTİB-ə müraciət edirik. Bu, şəffaf proses idi. Biz müraciət edirik və hamını bu məsələyə layiqli cavab verməyə çağırırıq”, – Giorgi Msxiladze bildirib.
Məhkəmənin qərarına əsasən, K.T-nin Ali Ədliyyə Şurasının üzvü təyin edilməsi ilə bağlı Gürcüstan prezidentinin 15 iyul 2024-cü il tarixli fərmanı proses başa çatana qədər dayandırılıb.
Gürcüstan prezidenti Salome Zurabişvili iyulun 15-də Kaxa Tsikarişvilini Ədliyyə Şurasının qeyri-hakim üzvü təyin edib.
Ali Ədliyyə Şurasının üzvlüyünə seçim müsabiqəsində Manuçar Kakoçaşvili, Giorgi Burcanadze, Tamar Alfaidze, Dimitri Qabunia və Kaxa Tsikarişvili iştirak ediblər.