Qiorqi Marqvelaşvili - şən cavabım var, bu qoca vaxtımda rüşvət almaq qərarını verdimsə, niyə 11500 dollar yazıblar, bir az təhqiramiz məbləğdir
Mən çirkin yalanlara və təbliğata dair ciddi və dərin şərhlər vermirəm və daha şən cavab verirəm – bu qoca vaxtımda rüşvət almaq qərarını verdimsə, niyə 11500 dollar yazıblar, bir az təhqiramiz məbləğdir, rüşvətxorluq bioqrafiyamı belə mi başlayım? -bu barədə Gürcüstanın keçmiş prezidenti, Qiorqi Marqvelaşvili ABŞ-ın Ədliyyə Departamentinin sənədləri ilə bağlı deyib.
Marqvelaşvili məsələnin təfərrüatlarına varmaq və şərh vermək istəmədiyini deyib.
“Mən bu məsələ ilə bağlı nə şərh vermək istədiyimi dedim. Mən çirkin PR və yalanla bağlı şərh vermirəm. Məndən istədiyiniz bu mövzuya dair dərinləməsinə şərh verməkdir. Çirkin yalanlara dair şərh verməmək mənim siyasi mövqeyimdir. Vurğulayıram ki, mən çirkin yalanları şərh etmirəm. Mən təfərrüatları müzakirə etməyəcəyəm, bu, çirkin yalandır, çirkin yalanlarla bağlı mövzunu dərinləşdirməyəcəyəm”- deyə Marqvelaşvili açıqlayıb.
ABŞ-ın Ədliyyə Departamentinin sənədlərinə əsasən, Q. Marqvelaşvilinin də iştirak etdiyi fəaliyyətlərdən birində media şirkət Mixeil Saakaşvilinin adından 12 min dollara qədər pul alıb.