Qiorqi Kaxiani - Vizasız rejimin tətbiq edilməsi Çin hökumətinin ölkəmizə münasibətini, bizimlə münasibətlərə nə qədər önəm verdiyini göstərir
Vizasız rejimin tətbiq edilməsi Çin hökumətinin ölkəmizə münasibətini, bizimlə münasibətlərə nə qədər önəm verdiyini göstərir, bu, ilk növbədə tərəfdaşlıq və mehriban münasibətdən xəbər verir – bu haqda “Gürcü Arzusu”nun üzvü Qiorqi Kaxiani açıqlayıb.
Qiorqi Kaxiani, Çinlə münasibətlərin dərinləşməsinin iqtisadi baxımdan da çox müsbət nəticələr verəcəyini bildirib.
“Çinlə iqtisadi əlaqələri nə qədər dərinləşdirsək, bu, ölkənin iqtisadi göstəricilərinə müsbət təsir göstərəcək və sonda təbii ki, sosial sahəyə də təsir edəcək. Beləliklə, bizim Çinlə olan strateji tərəfdaşlığımız çərçivəsində bu, irəliyə doğru atılmış çox mühüm addımdır. Biz çalışırıq ki, Amerika Birləşmiş Ştatları ilə münasibətlərimizi daha da dərinləşdirək, strateji tərəfdaşlığımızı daha da yaxınlaşdıraq, əgər bu, onlar tərəfindən vizaların liberallaşdırılmasında və s. ifadə olunursa, təbii ki, biz bunu ancaq təqdir edərik. Beləliklə, biz bu istiqamətdə mühüm addımlar atırıq. Bu, hökumətin amerikalı strateji tərəfdaşlarımızla daha da sıx və dərin əlaqələr qurmaq arzusudur”- deyə Qiorqi Kaxiani açıqlayıb.
Çin Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəliş rejimi tətbiq edib.