Qiorqi Kaxiani - Avropa Komissiyasının namizəd statusu ilə bağlı qərar verməli olduğu gün yaxınlaşdıqca biz Avropa İttifaqı dövlətləri tərəfindən dəstək ifadələri olduğunu görürük
Hər nöqteyi-nəzərdən namizəd statusunu almaq üçün hökumətin çox yüksək fəallığı var və Avropa Komissiyasının qərar verməli olduğu gün yaxınlaşdıqca görürük ki, Avropa İttifaqının müxtəlif dövlətləri tərəfindən dəstək ifadələri var, – bu barədə “Gürcü arzusu” fraksiyasının sədr müavini Qiorqi Kaxiani bildirib.
Bundan əlavə, Kaxiani qeyd edib ki, Macarıstanın baş naziri Viktor Orbanın səfəri çox vacibdir, çünki o, Gürcüstanın Avropaya inteqrasiya yolunda ilk dəstəkçilərindən biridir və bu kontekstdə Bolqarıstan parlamentinin qərarı də çox vacib idi.
“Baş nazirin digər ölkələrin baş nazirləri ilə etdiyi görüşlər və səfərlər çox vacibdir, biz dəstək mesajları eşidirdik. Ona görə də bütün bunlar, sonda bizə arzu olunan nəticəni verəcək, buna namizəd statusunun alınması deyilir”, – Qiorqi Kaxiani bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev