Qiorqi Kakauridze - Orta inflyasiya hədəf göstəricidən daha aşağı olacaq, biz onun 2,5% çərçivəsində olacağını gözləyirik
Qiorqi Kakauridze - Orta inflyasiya hədəf göstəricidən daha aşağı olacaq, biz onun 2,5% çərçivəsində olacağını gözləyirik

 
Lari ilə bağlı Milli Bank bu gün müdaxilə etdi və əməliyyatların birdəfəlik əməliyyatlar olması və əməliyyatların balanslaşdırılması üçün müvafiq valyutanın satışa çıxarılması haqda bəyanat verdi, bu əməliyyatlarda Milli Banka tam etimad göstəririk-bu haqda maliyyə nazirinin müavini Qiorqi Kakauridze açıqlayıb.

O, Milli Bankın şirkətlər tərəfindən təqdim edilmiş tələblər və öhdəliklər haqda tam məlumata malik olduğunu bildirib.

“Zərurət halında, ölkənin bu cür birdəfəlik əməliyyatları tam maliyyələşdirmək üçün kifayət qədər ehtiyatı var. Konkret şirkətlərdən böyük tələblər var və tələblər qane edilməlidir. Buna görə də düzgün müdaxilədir. Qiymət artımına gəlincə, biz artıq yeni proqnozlar təqdim etmişik. Orta inflyasiya hədəf göstəricidən daha aşağı olacaq. Onun 2,5% çərçivəsində olacağını gözləyirik. Fikrimcə qanunun özünün yox, ölkədə gözləntilərdən irəli gələrək yaranmış vəziyyətin müəyyən təsiri var idi. Lakin bu təsir qısamüddətlidir və ölkə iqtisadiyyatında əsaslı dəyişikliklərə səbəb ola bilməz”- nazir müavini açıqlayıb.