Qiorqi Kakauridze- dünya bazarının göstəriciləri nəzərə alınmaqla, Gürcüstanda yanacağın qiymətinin aşağı düşməsi tendensiyasının davam edəcəyi gözləntisi var
Maliyyə nazirinin müavini Q.Kakauridze ümumiyyətlə, Gürcüstanda yanacağın qiymətinin aşağı düşüb-düşməyəcəyinin beynəlxalq bazarda neftin qiymətindən asılı olduğunu bildirib.
O bildirib ki, dünya bazarının göstəricilərini nəzərə alaraq, Gürcüstanda yanacağın qiymətinin aşağı düşməsi tendensiyasının davam edəcəyini gözləyirlər.
“Biz neft hasil edən ölkə deyilik, müvafiq olaraq beynəlxalq bazarda neftin qiymətindən asılıyıq. Dinamikaya nəzər salsaq, görərik ki, iyundan sonra neftin qiyməti xeyli aşağı düşüb. Müvafiq olaraq, bu, Gürcüstanda yanacağın qiymətinə öz təsirini göstərəcək. Neftin qiyməti təxminən müharibədən əvvəlki vəziyyətə düşüb. Azalma göstəricisi 25%-dən çoxdur, bu da təbii ki, yanacağın qiymətində də əks olunmalıdır.
Bu mərhələdə dünya bazarında yanacağın qiymətinin yenidən artacağı ilə bağlı gözləntilər yoxdur. Müvafiq olaraq, yanacağın qiymətində azalma tendensiyası olmalı və yanacağımızın qiyməti də beynəlxalq bazarın göstəricilərini tam şəkildə əks etdirməlidir. Müvafiq olaraq, əslində yanacağın qiymətində artım gözləmirik. Biz aşağı tendensiyanın davam edəcəyini gözləyirik. Bu gün beynəlxalq bazarda verilən proqnozlara görə, neftin qiymətində artım gözləntiləri yoxdur. Müvafiq olaraq, bu tendensiya saxlanılmalı və neftin bugünkü qiymətinə adekvat olacaq səviyyəyə enməlidir” – Q. Kakauridze bildirib.