Qiorqi Ğibradze "Yaşıl pasportlar" mövzusunda - yaxın gələcəkdə xüsusi aplikasiya istifadəyə veriləcək, onun vasitəsilə hər birimiz öz statusumuzu smartfonlar vasitəsilə özümüzlə daşıya bilərik
O ki qaldı müraciətlərə və əhalinin bu statusdan necə faydalanmasına. Bu reqlament genişləndirilib və indiyədək qüvvədə olub, xüsusi internet saytı – covidpass.moh.gov.ge vasitəsilə qüvvədədir, – deyə Qurumlararası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Qİorqi Ğibradze, hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.
Ğibradze bildirib ki, yaxın vaxtlarda xüsusi aplikasiya istifadəyə veriləcək ki, onun vasitəsilə hər bir vətəndaş smartfon vasitəsilə statusu daimi olaraq daşıya bilər.
“Bizim statusumuzu yoxlayan xüsusi aplikasiya olacaq. Həmçinin, status istənilən smartfon kamerası vasitəsilə yoxlanıla bilər. Əlavə ünsiyyət müxtəlif biznes sektorlarının nümayəndələri ilə də aparılır. Dekabrın 1-nə qədər kifayət qədər uzun müddət var və bu, hər kəslə bütün təfərrüatları nəzərdən keçirmək imkanı olacaq, deməli, dekabrın 1-dən Yaşıl pasportun statusu genişləndiriləcək və daha ətraflı işləyəcək”, – Qiorqi Ğibradze bildirib.
Qurumlararası Koordinasiya Şurasının operativ qərargah rəhbərinin sözlərinə görə, dekabrın 1-dən Yaşıl pasport anlayışı və onun əhatə dairəsi genişləndiriləcək.
“Bir şəxs tam peyvənd olunubsa və ya 72 saatlıq etibarlılıq PCR testi və ya 24 saat etibarlılıq antigen testi keçiribsə və ya koronavirusa yoluxubsa , yaşıl statusa malikdir. “Yaşıl pasport” tələbi 18 yaşdan yuxarı şəxslərə şamil olunur.
Koordinasiya Şurasının qərarına əsasən, dekabrın 1-dən vətəndaşlar “yaşıl pasport” prinsipi ilə: restoranların, kafe və barların, kinoteatrların, teatrların, operaların, muzeylərin açıq və qapalı məkanlarına, konsert salonları, əyləncə mərkəzləri, kazinolar, Spa, idman zalları, mehmanxanalar, həmçinin xizək kurortlarına daxil ola biləcəklər; Bu tələb sadalanan obyektlərin qonaqlarına şamil ediləcək. Uşaq əyləncə mərkəzlərinə gəlincə, “yaşıl pasport” tələbi yalnız 18 yaşdan yuxarı vətəndaşlara şamil olunacaq ”, – deyə Qiorqi Ğibradze bildirib.