Qiorqi Çikovani Türkmənistanın “Türkmənqaz” dövlət konserninin rəhbərliyi ilə görüşüb
Türkmənistanda işgüzar səfərdə olan Neft və Qaz Korporasiyasının nümayəndə heyəti baş direktor Q. Çikovaninin rəhbərliyi ilə Türkmənistanın dövlət naziri, “Türkmənqaz” dövlət konserninin sədri Batir Amanov və Dövlət Qaz Konserninin digər rəhbər şəxsləri ilə görüşüb.
Görüşdə Gürcüstanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Konstantin Sabiaşvili iştirak edib.
Neft və Qaz Korporasiyasından verilən məlumata əsasən, səfər çərçivəsində planlaşdırılan görüşün əsas məqsədi Türkmənistan təbii qazının Cənubi Qafqaz Enerji Dəhlizi vasitəsilə Qərbə ixracının təşviqini və Türkmənistan qazı ilə Gürcüstanın enerji bazarının mümkün təminatını nəzərdə tutan birgə fəaliyyətlərin təşkili olub.
Müzakirə olunan məsələlər arasında Türkmənistan xam neftinin və neft məhsullarının artan həcmlərinin Gürcüstana ixracı və Qara dəniz limanına daşınmasının təşkili də olub. Müzakirə olunacaq bütün məsələlər üzrə ilkin razılıq əldə olunub.
Gürcüstan və Türkmənistan Xarici İşlər nazirliklərinin iştirakı ilə gələcək qarşılıqlı əməkdaşlıq planlaşdırılıb.
Gürcüstanın Neft və Qaz Korporasiyasının nümayəndə heyətinə kommersiya məsələləri üzrə direktor Nikoloz Pitsxelauri, texniki məsələlər üzrə direktor Şalva Kiknavelidze və baş məsləhətçi, strateji planlaşdırma və layihələrin idarə edilməsi departamentinin rəhbəri Teimuraz Qochitaşvili daxildir.