Qiorqi Amilaxvari -Xaricdə distant formada alınan təhsilin tanınmasına ilk dəfə icazə veriləcək
Qismən, eləcə də tam onlayn olaraq distant təhsilə icazə veriləcək-bu haqda Gürcüstanın təhsil naziri Qiorqi Amilaxvari açıqlayıb.
Nazir parlamentdə, elektron təhsil komponentindən qismən və ya tam istifadənin mümkün olacağı təhsil sahələrinin siyahısının müəyyən ediləcəyini bildirib.
Bundan əlavə, Qiorqi Amilaxvari bildirib ki, xaricdə distant formada alınan təhsilin tanınmasına ilk dəfə icazə veriləcək.
Həmçinin, təhsil naziri parlamentdə qanunda keyfiyyət təminatı standartları hazırlandıqdan sonra tamamilə onlayn universitet yaratmağa imkan verəcək tənzimləmənin olacağını deyib.