Qiorqi Amilaxvari - Sizi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edirəm, bizim övladlarımızın təhsili və inkişafı azad, güclü Avropa dövlətinin qurulması üçün əsas şərtdir
Gürcüstanın təhsil, elm və gənclər naziri Qiorqi Amilaxvari bütün uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir.
Nazirin qeyd etdiyi kimi, nazirliyin əsas qayğısı uşaqların inkişafını təşviq etmək və müvafiq şərait yaratmaqdır.
“Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edirik! Uşaqlar bizim ölkəmizin gələcəyidir, bizim sabahkı günümümzdür. Əksiksiz olaraq hər bir kiçik dinc, qayğısız, sərbəst və imkanlarla dolu bir həyata layiqdir. Məhz buna görə də bu gün bizim əsas qayğımız uşaqların inkişafını təşviq etmək, onların hər biri üçün müvafiq şəraitlər yaratmaqdır.
Şəxsən mən, Gürcüstanda bütün uşaqlar üçün eyni dərəcədə əlçatan, sağlam və dinc təhsil mühitini təmin etmək üçün mümkün olan hər şeyi edəcəyəm, çünki bizim övladlarımızn təhsili və inkişafı azad, güclü Avropa dövlətinin qurulması üçün əsas şərtdir.
Məhz bu məqsədlə biz bir sıra layihələr və təşəbbüslər həyata keçirməyə davam edirik. İnanıram ki, birgə qüvvələrlə biz mütləq istədiyimiz nəticələrə nail olacağıq və yeni nəsil Gürcüstan üçün bir çox uğur gətirəcək.
Uşaqları, onların valideynlərini, müəllimlərini – gələcək nəsillərin təhsilinə xidmət edən hər kəsin bu gününü təbrik edirəm. Sizə vahid və güclü Gürcüstanda sülh, firavanlıq və maraqlı həyat arzulayıram”, – Qiorqi Amilaxvari bildirir.