Qiorqi Amilaxvari şagirdləri, müəllimləri və valideynləri yeni tədris ilinin başlaması münasibətilə təbrik edir
Gürcüstanın təhsil və elm naziri Qiorqi Amilaxvari 2023-2024-cü tədris ilinin başlaması münasibətilə şagirdləri, müəllimləri, valideynləri və bütün cəmiyyəti təbrik edir.
“Bu gün sentyabrın 15-dir və biz bütün ölkə üzrə məktəblərdə yeni tədris ilinə başlayırıq. Bu il ilk dəfə məktəbin qapıları üzlərinə açılacaq birinci sinif şagirdlərimizi bu mühüm tarix münasibəti ilə xüsusilə təbrik etmək istəyirəm. Şagirdləri, valideynləri, müəllimlərimizi təbrik edir, onlara uğurlu dərs ili arzulayıram. Hər bir birinci sinif şagirdinə məktəbdə maraqlı, unudulmaz və macəra ilə dolu bir il arzulayıram.
Şəxsən mən təhsil və elm naziri kimi üzərimə düşən məsuliyyəti tam dərk edirəm və məktəblərdə şəffaf təhsil mühitinin olması, hər bir şagirdin biliklə yanaşı, dəyərli həyat təcrübəsi qazanması üçün əlimdən gələni edəcəyəm. Mən və komandam ümumi təhsilin inkişafı üzərində aktiv işə başladıq. Əsas prioritetlərimizdən biri şagird mərkəzli tədris prosesini təşviq etmək, müəllimləri dəstəkləmək və qiymətləndirmək də daxil olmaqla məhz məktəblərin təkmilləşdirilməsinə qayğı göstərməkdir. İnanıram ki, biz birgə səylərlə bütün çətinliklərin öhdəsindən gələcəyik və uşaqlarımız üçün keyfiyyətli təhsil almağa davam edəcəkləri daha da yaxşı təhsil mühiti və infrastruktur yaradacağıq “- deyə Amilaxvarinin təbrikində deyilir.
Bu gün, sentyabrın 15-də Gürcüstan məktəblərində 2023-2024-cü tədris ili başlayıb.
Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd olunduğu üzrə, yeni tədris ilində 55 mindən çox birinci sinif şagirdi ümumi təhsil müəssisələrində təhsil almağa başlayacaq.