Qiorqi Amilaxvari - Saakaşvili və ailəsi dövlətə qarşı hərəkət edirdilər, ifşa olunan sənədlərin göz önünə sərdiyi maliyyələşdirmənin başqa məqsədi yox idi
Onlar özlərini komik vəziyyətə saldılar, o cümlədən dövlət əleyhinə fəaliyyət göstərdiklərini bir daha sübut etdilər. Bir sıra hallarda onlar korrupsiya ilə də məşğul olurlar -deyə təhsil naziri Qiorqi Amilaxvari ABŞ Ədliyyə Departamentinin dərc etdiyi sənədlərlə bağlı açıqlayıb.
O, Saakaşvilinin ailəsinin heç bir dövlətçilik marağı olmadığını deyib.
“Təbii ki, biz hər zaman demişik ki, Saakaşvili və onun ailəsi, eləcə də onunla əlaqəli təbliğat şirkətləri və ya ayrı-ayrı şəxslər hər zaman dövlətə qarşı fəaliyyət göstəriblər və onların hazırda getdiyimiz Avro-Atlantik inteqrasiya yolunda Gürcüstan dövlətinə zərər vurmaqdan başqa heç bir dövlətçilik maraqları yoxdur. Ona görə də, bu ifşa olunan sənədlərin göz önünə sərdiyi maliyyələşdirmənin də başqa məqsədi və vəzifəsi yox idi “- deyə Amilaxvari açıqlayıb.