Qiorqi Amilaxvari nazir müavini vəzifəsinə Nodar Papukaşvilini təqdim edib
Gürcüstanın təhsil və elm naziri Q.Amilaxvari müavin vəzifəsinə hüquq elmləri doktoru, professor Nodar Papukaşvilini təqdim edib, o, nazirliyin ali təhsil və elm departamentlərinə kuratorluq edəcək.
Təhsil Nazirliyindən verilən məlumatda Nodar Papukaşvilinin dövlət və özəl sektorda, o cümlədən təhsil sahəsində uzun illər iş təcrübəsi olduğu deyilir. O, müxtəlif vaxtlarda Təhsilin Keyfiyyətinin İnkişafı Milli Mərkəzi yanında apelyasiya şurasının sədri və özəl universitetlərdən birinin rektoru vəzifələrində çalışıb. 14 elmi məqaləsi və üç monoqrafiyası dərc edilib.