Qiorqi Amilaxvari - Müəllimlərlə bağlı ilin sonuna kimi karyera inkişafının yeni sxemini təqdim edəcəyik
Müəllimlərlə bağlı ilin sonuna kimi karyera inkişafının yeni sxemini təqdim edəcəyik -bu haqda Gürcüstanın təhsil naziri Qiorqi Amilaxvari açıqlayıb.
Amilaxvari bildirib ki, yenilənmiş sxem beynəlxalq və yerli təcrübəyə əsaslanacaq.
“Yeni əmək haqqı siyasətinin izində müəllimlərə də təsir edəcək karyera inkişafı sxemi üzərində də işlərə başlanılır. İndiyə qədər qüvvədə olan sxemlə statusun yüksəldilməsi prosesinə başlayan heç kəsin bu hüququnu məhdudlaşdırmayacağıq və onların hər birinə başladılan prosesi sona qədər aparmaq imkanı verəcəyik. Gələcəyə gəlincə, biz yenilənmiş sxem üzərində işə başlayacağıq və ilin sonuna kimi müəllimlərə və ictimaiyyətə karyera inkişafının yeni sxemini təqdim edəcəyik” – Qiorqi Amilaxvari bildirib.