Qiorqi Amilaxvari - məktəblərin təmir-bərpa layihəsi çərçivəsində uşaqları keyfiyyətli, təhlükəsiz qida ilə təmin etmək məqsədilə yeməkxanaların təşkili əsas komponentlərdən biridir
Gürcüstanın təhsil naziri Q. Amilaxvari məktəblərin təmir-bərpa layihəsi çərçivəsində yeməkxanaların təşkilinin ən mühüm və əsas komponentlərdən biri olduğunu deyib.
Amilaxvari bunun, uşaqların keyfiyyətli, təhlükəsiz qida ilə təmin olunması üçün zəruri olduğunu bildirib.
“UNICEF”in tədqiqatında bir çox müsbət amillər vurğulanıb. Məsələn, fikri soruşulanların 70 faizə qədəri məktəbəqədər təhsildən, 80 faizə qədəri ümumi təhsilin nailiyyətlərindən razıdır. Təbii ki, çağırışlar var və mən və biz bunlardan qaçmırıq, bu barədə açıq şəkildə də danışırıq. O cümlədən üç onillik ərzində sistemimizi müşaiyət edən məktəbdə qida məsələsi də var. Biz nə edirik – indi icra prosesində olan misli görünməmiş infrastruktur layihələri və 400 məktəbin tikintisi-bərpası iki-üç il ərzində nəzərdə tutulub. Bunun ardınca 400 məktəb gəlir, burada vacib və əsas komponentlərdən biri yeməkxana infrastrukturu, yəni məktəblərdə uşaqlarımızı keyfiyyətli, təhlükəsiz qida ilə təmin etmək istiqamətində xidmət üçün zəruri olan infrastrukturdur. Paralel olaraq, nazirlik bu mühüm və ağrılı məsələyə sistemli şəkildə necə yanaşa biləcəyimizlə bağlı müxtəlif beynəlxalq təcrübələr, tədqiqatlar, yanaşmalar və metodologiyalar üzərində işləyir” -deyə Qiorqi Amilaxvari açıqlayıb.