Gürcüstanın təhsil və elm naziri Qiori Amilaxvari Strasburqa səfəri çərçivəsində Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç ilə işgüzar görüş keçirib.
Təhsil Nazirliyindən verilən məlumata görə, görüş çərçivəsində tərəflər demokratiyanın inkişafında təhsilin rolunun əhəmiyyətinə diqqət çəkib, Gürcüstanın təhsil sisteminin bütün səviyyələrində cari və planlaşdırılan layihələri müzakirə ediblər.
Nazir çıxışı zamanı Avropa Şurasının baş katibinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə və işğal olunmuş ərazilərdə yaşayan tələbələrin təhsil almasına verdiyi töhfəyə görə xüsusi təşəkkürünü bildirib.
“İşğal xəttinə yaxın əraziyə, Gürcüstana olan son səfərinizə görə təşəkkür edirəm. Ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək bizim üçün xüsusi əhəmiyyət kəsb edir və bu istiqamətdə atılan addımlara görə Sizə təşəkkürümüzü bildiririk.
Gürcüstanın Təhsil və Elm Nazirliyi səfirlik və səfirlə çox yaxşı əməkdaşlıq edir. Mən şadam ki, siz GRC-nin rəhbəri kimi Gürcüstanı seçmisiniz. Biz bunu çox yüksək qiymətləndiririk. Biz 2024-2027-ci illər üçün fəaliyyət planının hazırlanmasında fəal iştirak edir və qeyd olunan proseslərdə iştirak edirik. Bizim üçün təhsil sisteminin təkmilləşdirilməsi baxımından Avropa Şurasının 2024-2030-cu illər üzrə təhsil strategiyasının əsas komponentlərinin yerli sistemə inteqrasiyasını təşviq etmək vacibdir.
Gürcüstan Reykyavik Sammiti Bəyannaməsini tam dəstəkləyir və təsdiqləyir, ona əsasən, ölkələrin demokratiya və ümumi Avropa dəyərləri ətrafında birləşməsi üçün təhsilə vəsait yatırmaq lazımdır. Mən ən mühüm faktı xüsusilə qeyd etmək istərdim ki, bəyannamədə Gürcüstan məsələsi vurğulanıb və buna görə sizə bir daha təşəkkür etmək istəyirəm”, – Qiorqi Amilaxvar bildirib.
Nazir çıxışı zamanı Gürcüstanda təhsilin universal əlçatanlığına diqqət çəkib. Onun sözlərinə görə, Nazirlik təhsilin bütün pillələrində bərabər əlçatan mühitin yaradılmasını təmin edib, ona görə də əvvəllər cəmiyyətin müəyyən üzvləri üçün mövcud olan imkanlar indi ölkədə hər kəsin keyfiyyətli təhsil alması üçün əl çatandır.
Avropa Şurasının baş katibi öz növbəsində Gürcüstanın təhsil və elm nazirinin və onun komandasının fəaliyyətini müsbət qiymətləndirmiş, Gürcüstanın təhsil sistemində həyata keçirilən mühüm islahatları xüsusilə vurğulamışdır. Mariya Peyçinoviç Buriç Qiorqi Amilaxvariyə gələcəkdə birgə layihələrin həyata keçirilməsində hərtərəfli dəstək vəd edib.
Görüşdə Gürcüstanın səfiri, Avropa Şurasındakı daimi nümayəndəsi Tamar Taliaşvili də iştirak edib.
Məlumatı Gürcüstanın Təhsil və Elm Nazirliyi yayıb.
Müəllif -
Mehemmed Bayramaliyev