Qiorqi Amilaxvari - Gürcüstanda gürcü cəmiyyətinin və təhsilinin maraqlarına uyğun olmayan heç bir işğalçının universiteti açıla bilməz
Gürcüstanda gürcü cəmiyyətinin və təhsilinin maraqlarına uyğun olmayan heç bir işğalçının universiteti açıla bilməz-bu barədə təhsil və elm naziri Qiorqi Amilaxvari açıqlayıb.
“Təhsil və Elm Nazirliyində dırnaq arası rus universitetinin hansısa formada avtorizasiya prosesi ilə bağlı heç bir iş və ya məsələ mövcud deyil. Bu, sadəcə olaraq zərərli təbliğat və yalandır. Təbii ki, bu məsələ ilə bağlı heç bir məsləhətləşmə, görüş, əvvəlcədən razılıq olmayıb və olmayacaq. Bu, bizim opponentlərimizin, ölkə düşmənlərinin, yoxlanılmamış məlumat və ya kiminsə ideyasına istinadən hakimiyyətə, təhsil sisteminə, dövlətə qarşı yönəltdiyi zərərli təbliğatıdır. Bu məsələ ilə bağlı biz təbii olaraq bir dövlət kimi Gürcüstanın maraqlarından çıxış edəcəyik və Gürcüstanda gürcü cəmiyyətinin və təhsilinin maraqlarına uyğun olmayan heç bir işğalçının universiteti açıla bilməz”- deyə Qiorqi Amilaxvari açıqlayıb.
Ötən gün Gürcüstanın Təhsil və Elm Nazirliyi rus-gürcü universitetinin mümkün açılışı ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib. Nazirlikdən açıqlandığı üzrə, Gürcüstanda Rusiyanın maliyyəsi ilə rus-gürcü ali təhsil müəssisəsinin açılması barədə məlumatlar həqiqətə uyğun deyil.