Qiorqi Amilaxvari filologiya elmləri doktoru, pedaqoq Qia Murğulianı ümumi təhsil məsələləri üzrə məsləhətçi təyin edib
Qiorqi Amilaxvari filologiya elmləri doktoru, pedaqoq Qia Murğulianı ümumi təhsil məsələləri üzrə məsləhətçi təyin edib

 

Gürcüstanın təhsil və elm naziri Qiorqi Amilaxvari filologiya elmləri doktoru və müəllim Qia Murğulianı ümumi təhsil məsələləri üzrə məsləhətçi təyin edib. Məlumatı Təhsil Nazirliyi yayır.

Qiorqi Amilaxvarinin qərarı əsasında nazirlikdə nazirin özünün rəhbərlik edəcəyi və Qia Murğulianın koordinasiya edəcəyi ümumi təhsil istiqamətində işçi qrupu yaradılır.

Bəhsi keçən qrup məktəblərdə tədris prosesinin yaxşılaşdırılması və təhsilin keyfiyyətinin yüksəldilməsinin təşviqi baxımdan aktiv işləyəcək. Belə ki, Qiorqi Amilaxvarinin tapşırığına əsasən, qrupun üzvləri müəllimlərin peşəkar inkişafı sxeminin təkmilləşdirilməsi, milli tədris planı və dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması, qiymətləndirilmə prosesi və məktəblə bağlı mühüm məsələlər üzrə operativ və çevik şəkildə müzakirə aparacaqlar.

Qia Murğulia təhsil sahəsində çoxillik təcrübəyə malikdir. Müxtəlif illərdə müəllim, məktəb direktoru, Gürcüstanın Mərkəzi Müəllimlərin İxtisasartırma və Hazırlıq İnstitutunun rektoru, Gürcüstanın Məktəb Administratorları Assosiasiyasının sədri, Tbilisi sakrebulosunun üzvü və s. olub. Məşhur filoloq müəllimlik fəaliyyəti ilə paralel olaraq elmi və ədəbi fəaliyyətlə də fəal məşğul olur. Qia Murğulia həm də bir sıra maarifləndirici nəşrlərin, layihələrin və proqramların müəllifidir.