Qiorqi Amilaxvari Azərbaycanın elm və təhsil nazirinin müavini ilə işgüzar görüş keçirib
Qiorqi Amilaxvari Azərbaycanın elm və təhsil nazirinin müavini ilə işgüzar görüş keçirib

 
Gürcüstanın təhsil və elm naziri Qiorqi Amilaxvari Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevlə işgüzar görüş keçirib.

Qurumdan verilmiş məlumatda tərəflərin Gürcüstan və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini və birgə layihələrin həyata keçirilməsi yollarını müzakirə etdikləri deyilir.

“Gürcüstan və Azərbaycanın akademik dairələri və ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi məsələlərinə toxunulub.

Tərəflər həmçinin müəllimlərin ixtisaslılığının artırılması baxımından ümumi təhsil istiqamətində mövcud tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Azərbaycanın elm və təhsil nazirinin müavini Qiorqi Amilaxvariyə səmərəli tərəfdaşlığa görə təşəkkür edib və iki ölkə arasında təhsil və elm sahəsində sıx əməkdaşlığı müsbət qiymətləndirib. Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev və Azərbaycan nümayəndə heyətinin digər üzvləri iştirak ediblər” – deyə qurumun məlumatında qeyd olunub.