Qiorqi Amilaxvari Azərbaycanın Baş Naziri Əli Əsədovla görüşüb
Qiorqi Amilaxvari Azərbaycanın Baş Naziri Əli Əsədovla görüşüb

 
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclik naziri Qiorqi Amilaxvarini Bakıda qəbul edib.

Təhsil Nazirliyindən verilən məlumatda, tərəflərin Gürcüstan və Azərbaycan arasında uzunmüddətli strateji tərəfdaşlığı və əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə etdikləri deyilir.

“Gələcəkdə ölkələr arasında sektoral tərəfdaşlığın daha da gücləndiriləcəyi qeyd edilib, o cümlədən təhsil və elm sahəsində həyata keçiriləcək birgə layihələrə xüsusi diqqət yetiriləcək.

Qiorqi Amilaxvari qonaqpərvərliyə görə Azərbaycanın Baş nazirinə təşəkkür edib və bildirib ki, Gürcüstan və Azərbaycan arasında təhsil və elm sahəsində sıx tərəfdaşlıq ölkələri daha da yaxınlaşdırmağa kömək edəcək. Qiorqi Amilaxvari, birgə təhsil layihələrinin həyata keçirilməsi üçün tərəfdaş nazirliklə intensiv əməkdaşlıq aparıldığını bildirib.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstana və gürcü xalqına böyük ehtiramını ifadə edib və gələcək əməkdaşlığı gücləndirməyə tam hazır olduğunu bildirib.

Görüşdə təhsil, elm və gənclik nazirinin birinci müavini Aleksandre Tsuladze, müavini Nodar Papukaşvili və Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataridze iştirak ediblər” – deyə qurumun məlumatında qeyd olunub.