Qiorqi Amilaxvari - abituriyentlərə uğurlar arzulayıram, siz ölkəmizin gələcəyisiniz
Hər bir abituriyentə, gənclərə uğurlar arzulamaq istərdim, komandamız imtahan prosesinin onlar üçün rahat və dinc akademik mühitdə keçməsi üçün hər şeyi etdi -bu barədə Gürcüstanın təhsil və elm naziri Qiorqi Amilaxvari açıqlayıb.
“Vahid Milli İmtahanlar bu gün başlayıb və mən hər bir abituriyentə, gənclərimizə, onların valideynlərinə, ailə üzvlərinə uğurlar arzulamaq istərdim. Komandamız imtahan prosesinin onlar üçün rahat və dinc akademik mühitdə keçməsi üçün hər şeyi edib, bütün aplikantlar öz bacarıqlarını maksimum şəkildə nümayiş etdirmək imkanı əldə edəcəklər. İmtahanların yüksək səviyyədə təşkilinə görə Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin hər bir əməkdaşına və prosesdə aktiv iştirak edən bütün qurumlara xüsusi təşəkkürümü bildirmək istərdim!
Mən bir daha gənclərə müraciət edirəm, siz ölkəmizin gələcəyisiniz və inanıram ki, hər biriniz özünüzü reallaşdıra, hədəflərinizə çata biləcəksiniz. Həyatınızın bu ən mühüm mərhələsində sizə uğurlar və inkişaf arzulayıram”-deyə Qiorqi Amilaxvari açıqlayıb.
Vahid Milli İmtahanlar bu gün başlayıb və iyulun 26-da başa çatacaq. Vahid Milli İmtahanlarda iştirak etmək üçün 45 mindən çox abituriyent qeydiyyatdan keçib. Bu il bütün Gürcüstan miqyasında ümumilikdə 24 imtahan mərkəzi açılıb.