Qiorqi Amilaxvari - Abituriyentin qrant qazanmaq istəməsə, milli magistratura imtahanları olmadan bir illik magistratura proqramına daxil ola biləcəyini nəzərdə tutan dəyişiklik ediləcək
Gürcüstanın təhsil naziri Qiorqi Amilaxvari bildirib ki, yaxın gələcəkdə magistratura ilə bağlı qanunvericilik dəyişiklikləri həyata keçiriləcək, ona əsasən konkret sahə üzrə magistratura proqramı bir illik olacaq.
Amilaxvarinin izahatına görə, ilk mərhələdə bu dəyişiklik yalnız biznes və idarəetmə proqramlarına təsir edəcək.
Təhsil naziri bildirib ki, abituriyentin qrant qazanmaq istəməsə, milli magistratura imtahanları olmadan bir illik magistratura proqramına daxil ola biləcəyini nəzərdə tutan dəyişiklik yeniliklər arasındadır.
“Yaxın gələcəkdə həyata keçiriləcək müvafiq qanunvericilik dəyişikliklərindən sonra universitetlər bir illik, yəni 60 kreditli magistratura proqramını həyata keçirmək imkanı əldə edəcəklər. Birinci mərhələdə bu, həm gürcü, həm də ingilis dillərində olan biznes və idarəetmə proqramlarına şamil olunacaq. Həmçini, abituriyentin qrant qazanmaq istəməsə, milli magistratura imtahanları olmadan bir illik magistratura proqramına daxil ola biləcəyini nəzərdə tutan dəyişiklik yeniliklər arasındadır. Düşünürük ki, bu, magistratura səviyyəsində çevik proqramdır və bu, bir tərəfdən universitetlərə tələbələrə müxtəlif dar ixtisas proqramları təklif etməyə, digər tərəfdən isə maraqlanan tələbələrə dar istiqamətdə biliklərini dərinləşdirməyə imkan verir”- Qiorqi Amilaxvari açıqlayıb.
Xatırladaq ki, təhsil naziri Qiorqi Amilaxvari, bir illik magistratura proqramı ilə doktorantura pilləsinə keçməyin mümkün olmayacağını, bunun üçün iki illik proqramdan keçməyin lazım olduğunu bildirmişdi.