Qiorqi Amilaxvari - 2024-cü ilin iyulun 1-dən müəllimin maaşı tam dərs yükü halında orta hesabla 500 lari artacaq
Qiorqi Amilaxvari - 2024-cü ilin iyulun 1-dən müəllimin maaşı tam dərs yükü halında orta hesabla 500 lari artacaq

 
2024-cü ilin iyulun 1-dən müəllimin maaşı tam dərs yükü halında orta hesabla 500 lari artacaq- bu barədə təhsil və elm naziri Qiorqi Amilaxvari hökumət administrasiyasında keçirilən brifinqdə açıqlayıb.

“Bizim üçün ən vacib istiqamətlərdən biri ümumi təhsilin inkişafıdır. Bu baxımdan ən vacibi müəllimlərin maaş siyasətinin təkmilləşdirilməsidir. İqtidarımız dövründə müəllimlərin maaşında təxminən 200 faiz artım olub və bu göstərici daha da artacaq. Yeni əmək haqqı düsturu üzərində iş aparılır. Bütün maraqlı tərəflər prosesdə iştirak edirlər” – deyə Amilaxvari açıqlayıb.

Nazir yeni əməkhaqqı siyasəti çərçivəsində bütün müəllimlərin maaşının artırılacağını bildirib, nəticədə Amilaxvarinin sözlərinə görə, onlar son illərlə müqayisədə 4 dəfə, 5 dəfə çox maaş alacaqlar.

“Sual yaranır ki, niyə iyulun 1-dən. Çünki sistemin yeni əməkhaqqı siyasətinə qoşulması zəruridir və bunu tədris ilinin gedişatı zamanı etmək olmaz. Müvafiq olaraq, tədris ili başa çatan kimi – iyulun 1-dən yeni əmək haqqı sistemi qüvvəyə minəcək. Qəhrəman müəllimlərimiz layiqli maaşa layiqdirlər. Bütün bunlar yekunda məktəblərdə daha keyfiyyətli təhsilin təmin olunmasına öz töhfəsini verəcək ki, bu da parlaq gələcəyimizin qarantiyasıdır” – deyə Qiorqi Amilaxvari qeyd edib.