Qiorqi Amilaxvari 12-ci sinif şagirdlərini məktəbi bitirmələri münasibətilə təbrik edir
Qiorqi Amilaxvari 12-ci sinif şagirdlərini məktəbi bitirmələri münasibətilə təbrik edir

 
Gürcüstanın təhsil, elm və gənclik naziri Qiorqi Amilaxvari 12-ci sinif şagirdlərini məktəbi bitirmələri münasibətilə təbrik edir.

“Bu gün Gürcüstanın məktəblərində son zəng çalındı! Mənim əzizlərim, bütün on ikinci sinif şagirdlərini məktəbi bitirmələri və həyatlarının yeni, olduqca mühüm mərhələsinə qədəm qoymaları münasibətilə təbrik edirəm. Qarşıda sizi fürsətlər və macəralarla dolu il gözləyir.

Əminəm ki, gələcəkdə daha çox məsuliyyət və istəklə biliklərinizi dərinləşdirməyə davam edəcəksiniz. Siz Gürcüstanın inkişafı və tərəqqisi üçün möhkəm zəmin yaradan nəsilsiniz. İnanıram ki, hər biriniz arzuladığınız peşəyə yiyələnməklə, məktəbdə aldığınız təhsildən və imkanlarınızdan ölkəmizin rifahı və tərəqqisi üçün istifadə edəcəksiniz.

Bir daha bütün qəlbimlə sizi təbrik edirəm, ləyaqətli müəllimlərimizi, valideynlərimizi və bugünkü günü mühüm gün olaraq qəbul edən hər kəsi təbrik edirəm!”- nazirin təbrikində qeyd olunub.